Neftin qiyməti bahalaşıb

  13 Dekabr 2018    Oxunub : 6651
Neftin qiyməti bahalaşıb
Dünya birjalarında neftin qiyməti bahalaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,32 dollar artaraq 60,47 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,19 dollar bahalaşaraq 51,34 dollar olub.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,49 dollar artaraq 63,01 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft