“Nar MiFi” paketini al, pulsuz internet əldə et
“Nar MiFi” ilə abunəçi olduğu yerdən asılı olmayaraq, hər zaman onlayn olacaq və sərfəli qiymətə yüksək sürətli internetə çıxış əldə edəcək. Eyni zamanda, istifadəçinin interneti dostları və yaxınları ilə asanlıqla paylaşması mümkün olacaq. Portativ cihazı abunəçi rahat quraşdıra bilər və SİM kartı və batareyanı cihaza daxil etməklə, internet aktiv olacaq. “Nar MiFi” cihazının ölçüsünün kiçik və yüngül olması onu asanlıqla istənilən yerə aparmağa imkan verir.
Qeyd edək ki, 3G və 4G şəbəkəsini bütün ölkə ərazisində artırmağa davam edən “Nar” hazırda ölkədə ən geniş şəbəkələrindən birinə malikdir. “Nar MiFi” cihazını abunəçi istənilən “Nar” satış və xidmət mərkəzləri və ya diler mağazalarından əldə edə bilər. “Nar MiFi” haqqında daha ətraflı məlumatı nar.az saytından əldə etmək olar.
Azvision.az
Teqlər: Nar