“DaimOnline” kampaniyası daha iki universitetdə
Qeyd edək ki, ötən ay bu aksiya Azərbaycan Tibb Universitetinin tələbələri üçün də keçirilmişdir.
Gənclərin daha çox sosial şəbəkələr və mesajlaşma tətbiqetmələrindən istifadə etməyə üstünlük verdiyini nəzərə alaraq, Bakcell şirkəti bir müddət əvvəl yeni “DaimOnline” paketlərini təqdim edib.
Üç variantda və müvafiq olaraq 6, 10 və 20 manat aylıq abunə haqqı ilə təklif olunan yeni tarif paketləri sayəsində istifadəçilər limitsiz “WhatsApp”, “Facebook” və “Instagram” istifadəsi ilə yanaşı qiqabaytlarla internet və bol-bol şəbəkədaxili dəqiqələrdən yararlana bilirlər. Limitsiz “WhatsApp”, “Facebook” və “Instagram” imkanı təqdim edən yeni “DaimOnline” tarif paketlərini istifadəyə verməklə, Bakcell gənc abunəçiləri limitsiz ünsiyyət üçün tam sərbəstliklə təmin edib. Bu yeni tariflər sayəsində gənclər daim onlayn olmaq imkanı əldə ediblər.
Bakcell şirkətinin yeni “DaimOnline” tarifləri və digər sərfəli və innovativ təkliflər barədə daha ətraflı məlumat almaq üçün www.bakcell.com səhifəsinə və yaxud “Bakcell”in rəsmi “Instagram” və “Facebook” səhifələrinə daxil olun.
Azvision.az
Teqlər: Bakcell