Daha 3959 arıçıya subsidiya veriləcək
İclasda Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak edib. Rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılması məqsədilə yaradılmış işçi qrupuna Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə yanaşı Azərbaycan Arıçılar Assosiasiyasının təmsilçiləri də daxildir.
Respublika Komissiyasının qərarı ilə subsidiya veriləcək arıçıların və onların arı ailələrinin (pətəklərinin) respublikanın rayonları və şəhərləri üzrə bölgüsü aşağıdakı kimi olub:
Rayon (şəhər) üzrə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya veriləcək arıçıların siyahısı, onların saxladıqları arı ailəsinin (pətəyin) miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin (https://azvision.az/redirect.php?url=http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.
Bu günə qədər Respublika Komissiyasının keşirilmiş iclaslarında ölkə üzrə cəmi 8613 arıçya 206479 arı ailəsinə (pətəyə) görə 2 milyon 64 min 790 manat məbləğində subsidiyanın ödənilməsinə dair qərar qəbul edilib.
Hazırda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanı almaq üçün rayon (şəhər) komissiyalarına müraciətlər daxil olmaqdadar. Rayon (şəhər) komissiyalarından zəruru sənədlər daxil olduqca, Respublika Komissiyasının iclasında arıçılara hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi ilə bağlı həmin sənədlərə baxılacaq.
Azvision.az