Ekspert: “Büdcədə neftin 60 dollar götürülməsi risklidir”

  17 Dekabr 2018    Oxunub : 4306
Ekspert: “Büdcədə neftin 60 dollar götürülməsi risklidir”
"OPEK +" neft hasilatının gündəlik 1.2 milyon barel azaldılması ilə bağlı qərarı “qara qızıl”ın qiymətlərinin artırılması deyil, stabilləşdirilməsi məqsədi daşıyır.
Azvision.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, OPEK qiymətin hər barel üçün 60-65 dollar intervalında dəyişməsinə və volatilliyin azalmasına çalışır.

"Son 2 ayda "Brent" markalı neftin bir barelinin qiymətinin 86 dollardan 60 dollaradək azalmasına baxmayaraq, şist neft hasilatında da artımlar var. Beynəlxalq Valyuta Fondunun qlobal iqtisadiyyat üçün gələn ilki gözləntiləri bədbindir. Bu isə o deməkdir ki, hasilatın azaldılması ilə bağlı anlaşmaya baxmayaraq, gələn il yenidən neftin bir barelinin orta qiyməti 60 dollarlıq psixoloji həddən aşağı ola bilər. Bu isə Azərbaycan Maliyyə Nazirliyinin 60 dollardan hesabladığı dövlət büdcəsi üçün heç də yaxşı siqnal olmayacaq. Neft bazarındakı mövcud qiymət dəyişmələri fonunda dövlət büdcəsində bir barelin qiymətinin 60 dollar götürülməsi riskli hesab olunur", - deyə V.Bayramov vurğulayıb.



Azvision.az

Teqlər: Neft   Qiymət   OPEK