Otellərdə Yeni il şənlikləri: Bir nəfər üçün 1458 AZN - Qiymətlər

  17 Dekabr 2018    Oxunub : 11482
 Otellərdə Yeni il şənlikləri: Bir nəfər üçün 1458 AZN - Qiymətlər
Yeni ilin gəlişinə 14 gün qalsa da, hamı bayramı harada və necə qeyd edəcəyi barədə düşünür. Sarı donuz ilini əksər insanlar evdə, imkanı olan şəxslər isə dəbdəbəli restoran və otellərdə qarşılamağa hazırlaşırlar. 5 günlük bayram tətilindən istifadə edərək əsl qış ab-havasını yaşamaq istəyənlər isə daha çox bölgələrə üz tuturlar.
Azvision.az Yeni il şənliklərinin keçiriləcəyi otellərdəki qiymətləri araşdırıb. Belə ki, müştərilərə təklif olunan qiymətlər 31 dekabr - 2 yanvar tarixləri üçün hesablanıb. Təqdim etdiyimiz qiymət cədvəli 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub.

Qəbələ Qafqaz otelləri:
Qafqaz Yeddi Gozel Hotel 4* - 289 AZN
Qafqaz Karvansaray Hotel – 369 AZN
Qafqaz Resort Hotel 5* – 399 azn
Qafqaz Sport Hotel 5* – 419 azn
Qafqaz Riverside Hotel 5* – 509 azn



Qalaaltı otel:
Əlavə bina:
Superior – 489 AZN

Əsas bina:
Superior – 539 AZN



Marxal otel:
Standart Room with Balcony – 629 AZN



Şamaxı Palace otel:
Deluxe King/Twin (bağ mənzərəli) – 640 AZN



Quba Palace otel:
Deluxe Room Lake view – 899 AZN



Zirvə otel:
Miras zalı:
Deluxe Room – 1073 AZN



Şahdağ otel:

Mənzərə zalı:
Deluxe Room – 1348 AZN

Təranə zalı:
Deluxe Room – 1319 AZN

Miras zalı:
Deluxe Room – 1238 AZN



Park Chalet otel:
Deluxe Room – 1429 AZN



Pik Palace otel:
Deluxe Room – 1458 AZN



Aytən Zəhra
Azvision.az

Teqlər: Bayram   Otel