Mirzə Əliyev: "7 rayonda 12 qadın qrupu yaradılıb"

 Mirzə Əliyev:  "7 rayonda 12 qadın qrupu yaradılıb"
  18 Dekabr 2018    Oxunub:7952
"Azərbaycan Kənd İnvestisiyası Layihəsi tamamlanan ikinci faza çərçivəsində 2200-dən artıq kiçik infrastruktur və gəlirgətirən layihə icra edərək kənd icmalarının istifadəsinə verib".
Azvision.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev 2018-ci ilin yekunu ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Xidmət rəisi qeyd edib ki, layihənin növbəti mərhələsinə hazırlıq olaraq, pilot kimi Qadın İnkişaf Qruplarının yaradılmasına başlanılıb:

"Qadınların öz bizneslərini qurmasını təşviq edən bu fəaliyyət nəticəsində 7 rayonda 151 qadını özündə birləşdirən 12 qadın qrupu yaradılıb. Bu qadın qruplarının öz bizneslərini yaratmalarına dəstək vermək üçün gənclərdən ibarət 7 biznes inkubator təsis edilib. Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi çərçivəsində Ağdaş və Yevlax rayonlarında 125 kənddə 30 mindən yuxarı təsərrüfatın suvarma suyu ilə təmin edilməsi üçün ikinci və üçüncü dərəcəli xətlərin bərpası və tikintisi aparılıb".

M.Əliyev bildirib ki, Dövlət Xidməti tərəfindən il ərzində 20 layihə idarə olunub: "Bu layihələrdən 13-ü icra olunmaqdadır, 7 layihənin icrasına isə yaxın vaxtlarda başlanılacaq".

Elvin Abulqədirov
Azvision.az



Teqlər: KTN   biznes  





Xəbər lenti