Azərbaycanın ilk saat markası yaradıldı
VMF saatlarının ideya müəllifi və yaradıcısı ANS Şirkətlər Qrupunun rəhbəri, VMF Şirkətinin təsisçisi Vahid Mustafayevdir. Xarici mütəxəssislər onun dizaynı olan saatları yüksək qiymətləndiriblər. Saatlar hələlik xaricdə yığılacaqlar, daha sonra VMF ölkəyə yığım xətti gitirəcək və istehsal Azərbaycanda gerçəkləşdiriləcək. Saatların qiyməti də əlverişli olacaq və 60 manatdan başlayacaq.
Tanınmış elm, sənət adamlarının və ictimai xadimlərin iştirakı ilə keçirilən təqdimat mərasimində Vahid Mustafayev bildirib ki, VMF şirkəti 20 ildən artıqdır İsveçrə və Yaponiyanın 20-yə yaxın ən qabaqcıl Saat ailəsini Azərbaycanda şərəflə təmsil edir: "Bu illər boyu yüzlərlə Avropa və Asiya saatşunaslıq təlim və tədris kurslarından müvəffəqiyyətlə keçmişik. Yaraşığı, mürəkkəbliyi və qiymət səviyyəsi müxtəlif olan saatlarla yaxından tanış olmuşuq, lakin taxmaq istədiyimiz saata rast gəlməmişik. Taxmaq istədiyimiz saatın uğur qazanmaq üçün hər zaman ehtiyaclarımıza, biznes və həyat tərzimizə uyğun olmağını istəyirdik! Və nəhayət, belə bir saatı yaratdıq".
Təqdimat mərasimində VMF saatlarının elçiləri də təqdim olunub. Onlar muğam ustadı, tenor Mənsum İbrahimov və dünya şöhrətli rəqqasə, baletmeyster Təranə Muradovadır.
Teqlər: