Nazir Bərdədə vətəndaşlarla görüşəcək

Nazir Bərdədə vətəndaşlarla görüşəcək
  20 Dekabr 2018    Oxunub:6811
İqtisadiyyat naziri Şahin Mustafayev dekabrın 21-də Bərdədə Yevlax, Tərtər, Ağcabədi, Ağdam, Laçın və Bərdə rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən YAP-ın Bərdə rayon təşkilatının inzibati binasında (Ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti, 102) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-14-56, 310-28-00 (daxili 21-79) və (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Aran regional bölməsi (əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 337-82-81, (055) 206-88-52, elektron poçt ünvanı: [email protected] ) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin www.economy.gov.az internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi və Nazirliyin facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.

Azvision.az


Teqlər: Nazir   Qəbul  





Xəbər lenti