Bu il qida məhsullarının istehsalı artıb

Bu il qida məhsullarının istehsalı artıb
  21 Dekabr 2018    Oxunub:6751
Əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 2,2 dəfə, içki istehsalında 8,3 faiz, qida məhsullarının istehsalında isə 1,0 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, bu sahələrin əsas məhsullarından brendi (konyak) istehsalı 3,4 dəfə, üzüm şərabının istehsalı 56,5 faiz, alkoqolsuz içkilərin istehsalı 23,2 faiz, kolbasa məmulatlarının istehsalı 5,3 faiz, cem və marmeladların istehsalı 2,0 faiz artıb, qənd və şəkər tozu istehsalı 7,7 faiz, duru bitki yağlarının istehsalı isə 9,7 faiz azalıb.

Azvision.az


Teqlər: DSK   Məhsul  





Xəbər lenti