“Nar”ın direktoru növbəti il üçün hədəfləri açıqladı
Qunnar Panke əlavə edib ki, istifadəçi sayını, həcmini artırmaq üçün xidmətlər əlçatan olmalıdır. Buna görə də “Nar”-ın bazar strategiyasının üçüncü sütunu “yaxşı müştəri” və “uyğun təklif paketləri”ndən ibarətdir. 2018-ci il ərzində quraşdırılan baza stansiyaları barədə də ətraflı məlumat verən Qunnar Panke vurğulayıb ki, mobil operatorun əsas strategiyalarından biri Azərbaycanın ən ucqar kəndlərini də şəbəkə ilə təmin etməkdir.
Qeyd edək ki, baş icraçı direktor Qunnar Panke müsahibəsində “Nar”-ın qarşıda duran məqsədləri, yeni məhsulları, şəbəkəsini daha da genişləndirməsi istiqamətindəki planları, mobil operatorun ən yeni texnologiyalarının bölgələrdə istifadəsi, eyni zamanda Azərbaycanın telekommunikasiya bazarında rəqabət mühiti barədə ərtaflı danışıb.
Müsahibənin tam videosuna aşağıdakı keçiddə baxmaq olar: https://www.youtube.com/watch?v=suHYE5EzLS0&feature=youtu.be
Azvision.az
Teqlər: Nar