İnam Kərimov: “Fermerlər daha çox gəlir əldə edəcəklər”

     İnam Kərimov:    “Fermerlər daha çox gəlir əldə edəcəklər”
  24 Dekabr 2018    Oxunub:5705
"Yaşıl dəhliz"dən istifadə hüququ aqrar məhsulların ixracını daha da asanlaşdıracaq.
Azvision.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov "Yaşıl Dəhliz" buraxılış sisteminin tətbiqi ilə bağlı keçirilən forumda deyib.

Nazir çıxışında bildirib: "Bu günlərdə ölkədə ərzaq təhlükəsizliyinin daha da yaxşılaşdırılması baxımından mühüm fərmanlar imzalanıb. Fərmanlar aqrar kredit və güzəştləri fermerlər üçün daha əlçatan edib. İqtisadi inkişafı dəstəkləyən sənədlərdən biri də xarici ticarət iştirakçılarına “Yaşıl dəhliz”dən daimi istifadə hüququ verən fərmandır. Bu fərmanın fermerlər üçün müstəsna əhəmiyyəti var. Yeni qaydalar xarici ticarətin iştirakçılarına, o cümlədən fermerlərə “Yaşıl dəhliz”dən daimi istifadə hüququ verir”.

İ. Kərimov vurğulayıb ki, yeni qaydalar xarici bazarlarda Azərbaycanın kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətini artıracaq: “Sürətli keçid imkanlarının verilməsi nəticəsində ticarət asanlaşacaq, xarici bazarlarda yaranmış fürsətlər daha çevik dəyərləndiriləcək. Nəticədə fermerlər daha çox gəlir əldə edəcəklər, onların sosial rifah halı daha da yaxşılaşacaq. Xarici ticarət iştirakçılarına “Yaşıl dəhliz”dən daimi istifadə hüququnun verilməsi ölkənin ixrac potensialını daha da artıracaq. Bildiyiniz kimi Azərbaycandan ixrac olunan məhsulların həcmi və coğrafiyası daha da genişlənib”.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Nazir   İnam-Kərimov  





Xəbər lenti