“Kənddən Şəhərə” mağazası istifadəyə verilib
“Kənddən Şəhərə” layihəsi çərçivəsində paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısını almaq məqsədilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası da təşkil edilib. Bundan başqa fermerlərin yetişdirdiyi məhsulların “Kənddən Şəhərə” adı altında qablaşdırılaraq satışı da həyata keçirilir. Bu məhsulları vətəndaşlar həm “Kənddən Şəhərə” mağazasında, həm də müxtəlif market şəbəkələrində əldə edə biləcəklər.
Azvision.az
Teqlər: Mağaza