AQTA-da şərab istehsalçıları və ixracatçıları ilə görüş keçirilib

AQTA-da şərab istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
  25 Dekabr 2018    Oxunub:6242
Dekabrın 25-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində şərab istehsalçıları və ixracatçıları ilə görüş keçirilib. Görüşdə sahibkarlara dövlət qeydiyyatı, şərab məhsullarının idxalı və ixracının tənzimlənməsi, eyni zamanda məhsulların qablaşdırılması və etiketlənməsi ilə bağlı zəruri məlumatlar verilib.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, sahibkarların diqqətinə çatdırılıb ki, agentlik qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirir. Bu istiqamətdə şərab istehsalçılarının fəaliyyətinin təkmilləşdirilməsi, yüksək keyfiyyətli, təhlükəsiz məhsul istehsalına nail olmaq üçün şərab məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu arasında əməkdaşlıq genişləndirilməlidir.

Görüşdə çıxış edən Agentlik sədrinin müavini Rəşad Mafusov bildirib ki, şərabçılığın inkişafına dövlət dəstəyi ildən ilə artır. Ölkə başçısının 2018-ci il 3 may tarixli sərəncamı ilə təsdiq edilmiş “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” bu sahənin inkişafınıı təmin edir. Hazırda Azərbaycan şərabları dünyanın bir çox ölkələrinə ixrac edilir. Həmin şərab məhsullarının qida təhlükəsizliyi və keyfiyyət göstəriciləri baxımından yoxlanılması AQTA-nın tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında həyata keçirilir.

Sonda şərab istehsalçıları və ixracatçılarının problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.

Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti