Nazirlik bu il “ASAN Xidmət”də 242 icazə verib

  26 Dekabr 2018    Oxunub : 4618
Nazirlik bu il “ASAN Xidmət”də 242 icazə verib
2018-ci ilin dördüncü rübü üzrə Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı və tranziti üzrə 57 icazə verilib.
Nazirlikdən Azvision.az -a bildirilib ki, bunlardan 53 icazə 5 saylı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib. Verilmiş icazələrin 52-si ixrac nəzarətinə düşən malların idxalı, biri ixrac nəzarətinə düşən malların ixracı, 4-ü isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı olub.

Ümumilikdə cari il ərzində Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranzitinə 292 icazə verilib. Bu icazələrin 244-ü idxal, 24-ü ixrac, 24-ü isə tranzitlə bağlı icazələri əhatə edib. İl ərzində verilmiş icazələrin 242-si “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, 2018-ci il fevralın 1-dən Energetika Nazirliyi tərəfindən müvafiq icazələrin “ASAN xidmət” mərkəzi vasitəsilə verilməsi sahibkarlıq fəaliyyətinə icazələrin verilməsində şəffaflığın artırılmasını və verilmə prosesinin asanlaşdırılmasını təmin edib.

Hazırda 3 növ icazənin “ASAN xidmət” mərkəzi vasitəsilə verilməsi həyata keçirilir. Bura ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə və ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.

Azvision.az

Teqlər: Energetika-Nazirliyi   ASAN-xidmət