Paytaxt sakinləri ərzağa 7,9 milyard xərcləyib

   Paytaxt sakinləri ərzağa 7,9 milyard xərcləyib
  26 Dekabr 2018    Oxunub:6023
2018-ci ilin yanvar-noyabr aylarında ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar- noyabr ayları ilə müqayisədə 3,4 faiz artaraq 17568,6 milyon manat olub.
Bakı şəhər Statistika İdarəsindən Azvision.az -a verilən xəbərə görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artaraq 7949,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,4 faiz artaraq 9619,5 milyon manata bərabər olub.

İstehlak məhsullarının 24,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 61,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb. Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 33,1 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 19,3 faiz az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.

Azvision.az


Teqlər: Ərzaq   Bakı  





Xəbər lenti