Vergidən yayınanlara xəbərdarlıq: “Sanksiyalar qaçılmazdır”

   Vergidən yayınanlara xəbərdarlıq:    “Sanksiyalar qaçılmazdır”
  26 Dekabr 2018    Oxunub:8401
"Vergilər Nazirliyi yoxlamaların sayını kəmiyyətcə azalda bilər, lakin bu, nəzarət sisteminin zəifləməsi demək deyil"
Azvision.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru Xəqani İsgəndərov açıqlama verib.

Departament rəhbəri qeyd edib ki, hazırda vergi yoxlamaları məsafədən, vergi risklərinin idarə edilməsi sistemi kimi innovativ alətlərin tətbiqi ilə həyata keçirilir. Mövcud informasiya texnologiyaları müəssisələrin fəaliyyətində vergidən yayınma hallarını və ya belə halların yaranması üçün hər hansı riskin mövcudluğunu aşkar etməyə imkan verir:

“Yoxlamalar və sanksiyaların tətbiqi bizim məqsədimiz deyil. Lakin fəaliyyət növündən, iqtisadiyyatı əhatə miqyasından asılı olmayaraq qanunu pozan, dövriyyəsini gizlədən, vergidən yayınan hər bir vergiödəyicisinin yoxlanılması, qanunla nəzərdə tutulmuş qaydada sanksiyalarla üzləşməsi qaçılmazdır”.

X.İsgəndərov əlavə edib ki, təsərrüfat subyektlərinin fəaliyyətində qanunvericiliyin düzgün tətbiqi, işə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin bağlanması, əməkhaqlarının real məbləğlərinin göstərilməsi, vergi və xüsusi razılıq tələb edən sahələrdə qanunvericiliyin tələblərinə əməl edilməsi zəruridir.

Azvision.az


Teqlər:





Xəbər lenti