Bakıda dizel və benzin istehsalı artıb

  27 Dekabr 2018    Oxunub : 8955
Bakıda dizel və benzin istehsalı artıb
Cari ilin on bir ayında Bakıda dizel və benzin istehsalı çoxalıb.
Azvision.az Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, bu ilin yanvar-noyabr paytaxtın neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 825,4 milyon manat olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 2 faiz artıb.

Hesabat dövründə neft məhsullarından yanacaq mazutunun istehsalı 60,7 faiz, avtomobil benzininin istehsalı 2,7 faiz azalıb. Ağ neftin istehsalı 2,8 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin 8,2 faiz, dizel yanacağının 2,1 faiz, sürtkü yağlarının 4,5 dəfə, neft bitumunun 30,7 faiz, neft koksunun istehsalı isə 13 faiz çoxalıb.

Azvision.az

Teqlər: Benzin   Dizel