Pensiyalar necə hesablanacaq? - Ekspert şərhi

Pensiyalar necə hesablanacaq? -  Ekspert şərhi
  28 Dekabr 2018    Oxunub:17718
Gələn ay pensiya məbləğləri 2018-ci ildə orta aylıq əmək haqqındakı faiz artımına indeksasiya olunacaq. Baza hissəsi ləğv olunduğundan tam məbləğin indeksasiyası həyata keçiriləcək.

Azvision.az xəbər verir ki, bunu iqtisadçı eksper Vüqar bayramov bildirib.
Onun sözlərinə görə, pensiya məbləği infilyasiya səviyyəsinə deyil, orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya olunur: "Bununla belə, pensiyaların indeksasiya mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Belə ki, pensiya məbləğinin orta aylıq əmək haqqıdakı artıma deyil, əhalinin gəlirlərindəki artım faizinə indeksasiya olunması daha məqsədə uyğun olardı. Belə ki, qeyri-rəsmi məşğulluq mövcud olduğundan orta aylı əmək haqqıdakı artım gəlirlərin artımını tam ifadə edə bilmir. Digər tərəfdən, rəsmi statistikada əhalinin gəlirləri orta aylıq əmək haqqıya nisbətən daha yüksək faizlə artıdığından bu indeksasiya zamanı pensiyaların daha çox artmasına imkan verə bilir", - V.Bayramov vurğulayıb.

Ekspert, həmçinin qeyd edib ki, bu ilin 10 ayında əhalinin gəlirləri 9.2 faiz artsa da, orta aylıq əmək haqqı cəmi 2.8 faiz çoxalıb. Eləcə də 2018-ci ildə orta aylıq əmək haqqının 4 faiz artacağı gözlənilsə də, əhalinin gəlirləri 9 faizdən çox artacaq.

"Gələn ildə orta aylıq əmək haqqı ilə əhalinin gəlirlərindəki artım arasında fərq var: artım uyğun olaraq 5.7 və 9.0 faiz proqnozlaşdırılır. Etiraf edək ki, 2018-ci ildə pensiyaya əlçatınlığın artırırlması ilə bağlı bir sıra islahatlar həyata keçirildi. Aşağı pensiya alan 80 minə yaxın vətəndaşın pensiya məbləğinin gələn ildən orta hesabla 30 faiz artırılması da buna aid edilə bilər. Bu baxımdan, bu islahatların tərkib hissəsi kimi indeksasiya sistemində meyarların dəyişdirilməsi vacibdir. Əmək müqavilələrində maaş məbləğinin tam göstərilməməsi, hətta əmək müqavilələrinin bağlanmaması hallarınnı az olmadığını nəzərə alsaq, pensiyaların orta aylıq əmək haqqıdakı artıma deyil, əhalinin gəlirindəki artım faizinə indeksasiyası daha doğru olardı. Bu halda indeksasiya nəticəsində pensiya məbləğlərinin daha çox artmasının şahidi ola bilərik".

Azvision.az


Teqlər: Pensiya   Ekspert  





Xəbər lenti