Ölkədə elektrik enerjisi istehsalı artıb
Belə ki, görülən işlərin nəticəsi olaraq ötən ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla gündəlik 5,5 milyon kilovat-saat çox elektrik enerjisi istehsal edilir. Ən əsası isə 5,5 milyon kilovat-saat artım olmasına baxmayaraq, keçən ilin eyni dövrünə nisbətən istehsal prosesində şərti yanacaq sərfiyyatı hər kilovat-saata görə 1-2 qramadək azalıb. Beləliklə, daha az yanacaq sərf edilməklə həm yanacağa qənaət olunub, həm də daha çox elektrik enerjisi istehsal olunub.
“Azərenerji” bütün qüvvəsi ilə tikinti, yenidənqurma və bərpa prosesini həyata keçirir və bundan sonra da davam etdirəcək.
Azvision.az
Teqlər: Azərenerji