Milli parklara 80 minə yaxın turist səfər edib

  04 Yanvar 2019    Oxunub : 780
Milli parklara 80 minə yaxın turist səfər edib
Azərbaycanın milli parklarına 2018-ci il ərzində ümumilikdə 79997 turist səfər edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, onların 72519-u yerli, 7478-i isə xarici vətəndaş olub.

Qeyd edək ki, ölkəmizdə 10 milli park fəaliyyət göstərir. Milli parklara səfər etmək istəyənlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet saytının "xidmətlər" bölməsinə daxil olub istədikləri milli parka onlayn şəkildə və ya milli parkların giriş məntəqələrindən bilet əldə edə bilərlər.

Aytən Zəhra
Azvision.az

Teqlər: Turist   ETSN