Dünya Bankının prezidenti istefaya gedir

 Dünya Bankının prezidenti istefaya gedir
  08 Yanvar 2019    Oxunub:2037
Dünya Bankının prezidenti Cim Yon Kim vəzifəsini tərk edir.

Azvision.az “RİA Novosti"yə istinadən xəbər verir ki, fevral ayının 1-dən etibarən bankın rəhbəri vəzifəsini icraçı direktor Kristalina Georgiyeva icra edəcək.
Bankın yaydığı məlumatda bildirilib ki, Cim Yon Kim öz vəzifəsini səlahiyyətlərinin 2022-ci ildə bitməsinə xeyli qalmış tərk edir. Belə ki, o, 6 ildən artıqdır bankın rəhbəri vəzifəsində çalışır.

İstefanın səbəbi Cim Yon Kimin iqtisadiyyatın özəl sektoruna qayıtmaq istəyi ilə əlaqədardır.

Azvision.az



Teqlər: Dünya-Bankı  





Xəbər lenti