Yeni Günəşlinin qaz kəmərləri təmir edilir
İstehlakçıların dayanıqlı təbii qazla təmin olunması üçün vacib məsələləri müəyyənləşdirən "Azəriqaz" İstehsalat Birliyi istər Bakı şəhəri, istərsə də regionlarda qaz boru xətlərinin, avadanlıqların, ölçü və idarəetmə sistemlərinin işinin etibarlı təmin olunması üçün planlı surətdə profilaktik təmir və qulluq işlərini, həmçinin qaz şəbəkəsinin yenidən qurulması, qaz təchizatının bərpası ilə yanaşı, yeni qaz kəmərlərinin çəkilməsi və yaşayış sahələrinin qazlaşdırılması işlərini davam etdirir.
Qeyd edək ki, Azərbaycan Respublikası ərazisində istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə qaz şəbəkəsinin yenidən qurulması, qaz təchizatının yaxşılaşdırılması ilə yanaşı yeni qaz kəmərlərinin çəkilməsi və yaşayış sahələrinin qazlaşdırılması "Azəriqaz" İstehsalat Birliyinin başlıca vəzifələrindən biridir. Bakı şəhərində, həmçinin şəhərətrafı kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidən qurulması, mövcud qazpaylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidən qurulması istiqamətdə işlərin icrası davam etdirilir. Abonentlərin keyfiyyətli və fasiləsiz təbii qazla təmin edilməsi məqsədilə SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyində təxirəsalınmaz işlər həyata keçirilir və yarana biləcək problemlərin operativ həlli istiqamətində zəruri tədbirlər görülür.
Azvision.az