Ailə başçısını itirən 150 min ailə pensiya alır
Digər tərəfdən, pensiya qanunvericiliyində pensiya yaşına çatmamış dünyasını dəyişən şəxslərlə bağlı da ədalətli, obyektiv yanaşmalar əksini tapır. Belə ki, əmək pensiyasının hazırda üç növü vardır ki, onlardan biri də ailə başçısını itirməyə görə pensiya növüdür.
Pensiya yaşına çatmamış dünyasını dəyişən şəxslərin sığorta stajı, ödəmiş olduqları sığorta vəsaitləri hesabına fərdi hesablarında toplanan pensiya kapitalı əsasında qanunvericilikdə nəzərdə tutulan qaydada ailələrinə pensiya təyinatı həyata keçirilir. Hazırda əmək pensiyaçılarının 150,6 mini və ya 11,6 faizi ailə başçısını itirməyə görə pensiya alanlardır.
Azvision.az