Cocuq Mərcanlıda “Azercell” hər evə gəldi”

Cocuq Mərcanlıda “Azercell” hər evə gəldi”
  10 Yanvar 2019    Oxunub:3349
Ölkəmizdə innovativ və nümunəvi müştəri xidmətləri modelini quran və tətbiq edən “Azercell Telekom” MMC bu dəfə hazırda düşmənlə təmas xəttində yerləşən Cocuq Mərcanlı qəsəbəsində yaşayan abunəçilərini sevindirib.
Belə ki, “Azercell”in Mobil Müştəri xidmətləri qəsəbəyə səfər edərək, kənd sakinlərinə xidmət göstərib. Səfər zamanı “Azercell” tərəfindən abunəçilər üçün müxtəlif növ kampaniyalar da keçirilib. “Azercell hər evə gəldi” kampaniyası çərçivəsində qəsəbənin hər evinə 1 ədəd nömrə hədiyyə verilib. Onu da vurğulayaq ki, “Azercell” yeni abunəçilərə 100 şəbəkədaxili dəqiqə, smartfon əldə edən müştərilərə isə 2 növ hədiyyə seçimi təqdim edib: 1000 şəbəkədaxili dəqiqə və ya limitsiz mobil internet paket. Xatırladaq ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində əhalinin daim keyfiyyətli və sərfəli rabitə ilə təmin olunması üçün 2017-ci ildə şəbəkənin gücləndirilməsi məqsədilə Azercell tərəfindən zəruri işlər görülüb.

Qeyd edək ki, 2018-ci il ərzində şirkət tərəfindən şəbəkənin gücləndirilməsi və əhatə dairəsinin genişləndirilməsi, ölkənin bütün bölgələrində abunəçilərin yüksək sürətli internetlə təmin olunması məqsədilə ardıcıl işlər görülüb, respublikanın bir çox bölgələrində yeni 4G stansiyaları quraşdırılıb. Nəticədə, ölkə boyunca “Azercell” 4G istifadəçilərinin sayı artaraq, 1 milyonu keçib. Belə ki, 2018-ci il ərzində Azərbaycanın daha 30 bölgəsində “Azercell”in 4G şəbəkəsi qurulub. Hazırda Bakı və Abşeron yarımadası ilə yanaşı abunəçilər 42 bölgədə 4G şəbəkəsindən rahat istifadə edə bilirlər. Ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən “Azercell”in 2018- ci ildə 4G əhatə dairəsi 2 dəfə genişlənib, mobil internetdən istifadə həcmi isə 50% artıb. Məlumat üçün bildirək ki, hər zaman abunəçilərinə daha rahat və keyfiyyətli xidmət təqdim etməyi hədəfləyən “Azercell Telekom” MMC 2018-ci ildə Bakı və bölgələrdə ümumilikdə 16 yeni Eksklüziv mağaza istifadəyə verib. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.


Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell” Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib.


Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Azvision.az


Teqlər: Azercell  





Xəbər lenti