Sığortaçılar üçün attestasiya keçiriləcək

Sığortaçılar üçün attestasiya keçiriləcək
  13 Yanvar 2019    Oxunub:2257
Sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün yanvarın 16-dan 24-dək attestasiya keçiriləcək.
Maliyyə Bazarlarına Nəzarət Palatasından Azvision.az -a verilən məlumata görə, "Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi" Qaydalarının 4.1-ci bəndinə əsasən sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər attestasiyaya dəvət olunublar. Attestasiyada 46 sığortaçı iştirak edəcək.

Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

Azvision.az



Teqlər: Sığorta  





Xəbər lenti