Enerji bazarı ilə bağlı seminar keçirilir
Enerji bazarının yaradılması, tənzimləmə mexanizminin formalaşdırılması kimi məsələlərin ölkə Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapdığını qeyd edib. Nazirliyin Aparat rəhbəri Zaur Məmmədov isə energetika sektorunda yeni münasibətləri tənzimləyən qanunvericilik bazasının yaradılması istiqamətində görülən işlərdən bəhs edib.
Sonra Azərbaycanın elektrik enerjisi və qaz sektorlarının mövcud vəziyyətinə dair təqdimatlar edilib. Elektrik enerjisi istehsalı, qaz hasilatı, paylama sektorlarının strukturu və mülkiyyəti, elektroenergetika və qaz sektorları arasında əlaqə təhlil edilib. Tədbir TAİEX ekspertləri Rozeta Karova, Tom Maes və Mart Otsun enerji sektorunda islahatların əsas mərhələləri, enerji sahəsində fəaliyyətlərin effektiv bölgüsü, eləcə də Milli Tənzimləmə Qurumunun vəzifə və səlahiyyətləri ilə bağlı Avropa təcrübəsinə dair çıxışları ilə davam etdirilib.
Azvision.az
Teqlər: Energetika-Nazirliyi