“Azəriqaz” abunəçilərinin sayını açıqlayıb

  14 Yanvar 2019    Oxunub : 496
“Azəriqaz” abunəçilərinin sayını açıqlayıb
Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 185 min 460-a çatıb.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən (İB) Azvision.az -a bildirilib ki, keçən il ərzində İB-də əhali sektoru üzrə 92 min 313 yeni abonent qeydiyyata alınıb. Bunun 50 min 515-i Bakı, Abşeron və Sumqayıt, 41 798-i isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasına abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması səbəb olub.

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 185 min 460-a çatıb.

Azvision.az

Teqlər: