Azərbaycan neftinin qiyməti bahalaşıb

  17 Yanvar 2019    Oxunub : 1143
Azərbaycan neftinin qiyməti bahalaşıb
Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,35 dollar geriləyərək 60,97 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,36 dollar ucuzlaşaraq 51,95 dollar olub.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti isə 1,23 dollar bahalaşaraq 62,75 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft   Birja