Azərbaycandan MDB ölkələrinə 1 milyardlıq məhsul ixrac olunub

  17 Yanvar 2019    Oxunub : 1442
 Azərbaycandan MDB ölkələrinə 1 milyardlıq məhsul ixrac olunub
Ötən il Azərbaycandan MDB ölkələrinə 1 milyard 138 milyon 217 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a bildirilib ki, bu göstərici 2017-ci ilə nisbətən 88 milyon 143 min dollar artım deməkdir. 2018-ci ildə Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 2 milyard 862 milyon 139 min dollar olub.

Bütövlükdə 2018-ci ildə Azərbaycan xarici ölkələrlə 30,924 mlrd. ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2017-ci illə müqayisədə 37% çoxdur. Ötən il ticarət dövriyyəsinin 19,459 mlrd. dolları ixracın, 11,465 mlrd. dolları idxalın payına düşüb. Bir ildə ixrac 41%, idxal isə 31% artıb.

Azvision.az

Teqlər: DGK