Azərbaycan neft məhsullarının ixracını artırıb

  17 Yanvar 2019    Oxunub : 731
Azərbaycan neft məhsullarının ixracını artırıb
2018-ci ildə Azərbaycandan 1 milyon 15 min 118 ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) Azvision.az -a verilən xəbərə görə, ötən il ixrac edilən neft məhsullarının dəyəri isə 520 milyon 600 min ABŞ dolları olub.

Xatırladaq ki, 2017-ci ildə ölkədən 835 min 452 ton neft məhsulları ixrac olunub, həmin ixracın dəyəri 339 milyon 159 min dollar təşkil edib.

Azvision.az

Teqlər: DGK