Büdcə kəsirinin 33 faizi özəlləşdirmə hesabına ödənilib

Büdcə kəsirinin 33 faizi özəlləşdirmə hesabına ödənilib
  17 Yanvar 2019    Oxunub:2622
2018-ci il dövlət büdcəsinin kəsiri 307,6 mln. manat və yaxud təsdiq olunmuş yuxarı həddən 643,4 mln. manat az olub. Kəsirin maliyyələşdirilməsinin 222,6 mln. manatı dövlət istiqraz vərəqələrinin satışından və 101,2 mln. manatı özəlləşdirməsindən daxil olan vəsaitlər hesabına həyata keçirilib.
Maliyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 2018-ci ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 466,4 mln. manat, sair daxilolmalardan 134,3 mln. manat vəsait dövlət büdcəsinə daxil olub. 2018-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin mədaxili 6320,7 mln. manat icra olunub. 2018-ci ildə dövlət büdcəsinin xərcləri 98,4% və yaxud 22 718,4 mln. manat icra edilib. 2018-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 7 052,9 mln. manat icra olunub.

2018-ci il ərzində dövlət büdcəsi xərclərinin 11 549,8 mln. manatı və yaxud 50,8%-i cari xərclərə, 8 941,9 mln. manatı və yaxud 39,4%-i əsaslı xərclərə, 2 227,2 mln. manatı və yaxud 9,8%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib. Dövlət büdcəsi xərclərinin 31,7%-i və yaxud 7 196,6 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2017-ci illə müqayisədə 505,9 mln. manat və yaxud 7,6% çoxdur.

Azvision.az



Teqlər: Maliyyə  





Xəbər lenti