“Azercell” ilə rominqdə onlayn ol

“Azercell” ilə rominqdə onlayn ol
  17 Yanvar 2019    Oxunub:2404
“Azercell Telekom” MMC xaricə səyahət edən abunəçiləri üçün internet xidmətini sərfəli qiymətə təqdim etməklə yanaşı, xidmətdən istifadəni daha da asanlaşdırıb.
Müştərilərin xaricdə gözlənilməz xərclərlə üzləşmələrinin qarşısını almaq məqsədilə “Azercell” hələ 2018-ci ilin iyul ayında rominqdə istifadə üçün nəzərdə tutulmuş mobil internet paketi təqdim edib. Hazırda Türkiyə, Gürcüstan, ABŞ, Qətər, Belarus, Finlandiya, Özbəkistan və Yeni Zelandiya kimi populyar istiqamətlərdə “Azercell” abunəçiləri prioritet operatoru seçmək zərurəti olmadan istənilən operatorun şəbəkəsində internet xidmətindən istifadə edə bilər. Qeyd edək ki, şirkət tərəfindən bu siyahının genişləndirilməsi istiqamətində müntəzam olaraq aktiv işlər görülür.

“Azercell” abunəçilərinə rouminqdə internet xidmətlərindən faydalanmaq üçün 2 paket təqdim edir: 19,9 AZN ödəməklə 1 GB həcmində internet paketi və yaxud 9,90 manat ödəməklə 400 MB həcmində internet paketi. Paketlərdən 50 ölkədə 70-dən çox operatorun şəbəkəsində istifadə etmək mümkündür və siyahı daim yenilənir.

“Azercell”in rominqdə internet paketləri əsas üç prinsipə əsaslanır:

- Sərfəli (sabit və sərfəli qiymətlər. Rominqdə interneti söndürməyə daha ehtiyac qalmır),

- Xərclərə nəzarət (gözlənilməz xərclər olmayacaq. Ödəniləcək məbləği konkret tarif paketi ilə əvvəlcədən bilirsiniz),

- Sadəlik (sadə və anlaşılan qiymətlər).

Azərbaycanın telekommunikasiya bazarında lider olan “Azercell Telekom” MMC yüksək keyfiyyətli mobil internetə çıxışı daha sərfəli etməklə, gələcəkdə də öz abunəçilərini sevindirməyə davam edəcək.

Azvision.az


Teqlər: Azercell  





Xəbər lenti