Bir ayda komitəyə 276 min müraciət daxil olub

Bir ayda komitəyə 276 min müraciət daxil olub
  17 Yanvar 2019    Oxunub:2335
Ötən il vətəndaşlar tərəfindən Dövlət Gömrük Komitəsinə 2 milyon 554 min 463 elektron müraciət daxil olub.
Komitədən Azvision.az -a bildirilib ki, daxil olan müraciətlər arasında fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sadələşdirilmiş bəyannamənin qəbulu, gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi çoxluq təşkil edib.

Keçən ilin dekabrında isə komitəyə 276 min 875 müraciət daxil olub.

Azvision.az


Teqlər: DGK  





Xəbər lenti