Əmək qanunvericiliyini pozanlar 1,3 milyon cərimələnib

 Əmək qanunvericiliyini pozanlar 1,3 milyon cərimələnib
  18 Yanvar 2019    Oxunub:2229
Dövlət Məşğulluq Xidməti tərəfindən 2017-ci ilə nisbətən 8,1% çox olmaqla 51,774 nəfərin işlə təmin edilib.
Azvision.az xəbər verir ki, bunu xidmətin rəisi Fuad Musayev əmək və əhalinin sosial müdafiəsi nazirliyində 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, 118 138 nəfərin peşəyönümü məsləhətlərə, 2914 nəfər peşə hazırlığı kurslarına, o cümlədən 355 nəfər sağlamlıq imkanları məhdud gənc peşə reabilitasiyasına cəlb olunub, 8760 nəfər işsizlikdən sığorta və müavinət ödənilib.

Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnamə layihəsinin, Əmək Məcəlləsinə dəyişikilklər layihəsinin hazırlandığı, əmək hüquqlarının təminatına dövlət nəzarətinin tətbiqi mexanizminin, e-protokol layihəsinin hazırlanmasına başlandığı qeyd edib.

Əmək qanunvericiliyinin tələblərinin pozulması faktlarına görə əvvəlki illə müqayisədə 3 dəfə çox olmaqla 1,3 mln. manat cərimə tətbiq edildiyi, istehsalatda bədbəxt hadisələr nəticəsində həyatını itirənlərin sayının 13 faiz azaldığı və s. diqqətə çatdırılıb.


Azvision.az


Teqlər: İş   ƏƏSMN   Əmək-Fəaliyyəti  





Xəbər lenti