Naxçıvanda bir ildə 51 milyona yaxın kredit verilib

Naxçıvanda bir ildə 51 milyona yaxın kredit verilib
  19 Yanvar 2019    Oxunub:2006
Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində iclas keçirilib.
Azvision.az -ın məlumatına görə, iclasda bildirilib ki, bank və kredit təşkilatları tərəfindən 2018-ci il ərzində 50 milyon 879 min manat kredit verilib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında bankların kassa mədaxili 508 milyon 132 min manat təşkil edib. Mərkəzi Bankın ehtiyat fondundan bankların nağd pula olan tələbatının ödənilməsi məqsədilə 333 milyon 804 min manat nağd pul dövriyyəyə buraxılıb.

Vurğulanıb ki, 1 yanvar 2019-cu il tarixə muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 6 milyon 566 min manat olub. Banklara qoyulan əmanətlərin həcmini ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə manatla olan əmanətlərin həcmində 660 min manat artım, xarici valyuta ilə olan əmanətlərdə isə 621 min manat azalma müşahidə edilməkdədir.

Azvision.az


Teqlər: Naxçıvan   Bank  





Xəbər lenti