Ölkədə nə qədər işsiz var? - Rəsmi

 Ölkədə nə qədər işsiz var? -  Rəsmi
  21 Yanvar 2019    Oxunub:1678
Bu ilin yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 20,1 min nəfər olub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, işsiz statusu verilən şəxslərin 37,2 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 196 manat olub. Bakı şəhəri üzrə 9 243 nəfər işsiz statusu alıb.

2019-cu il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5133,1 min nəfər olub, onlardan 4879,3 min nəfərini məşğul əhali təşkil edib.

Azvision.az


Teqlər: DSK  





Xəbər lenti