Neftin qiyməti ucuzlaşır

  24 Yanvar 2019    Oxunub : 710
Neftin qiyməti ucuzlaşır
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,32 dollar geriləyərək 60,82 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,28 dollar ucuzlaşaraq 52,34 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,42 dollar ucuzlaşaraq 62,74 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft