Azərbaycan məhsulları Berlində nümayiş olunur

Azərbaycan məhsulları Berlində nümayiş olunur
  24 Yanvar 2019    Oxunub:1871
Azərbaycan məhsulları Berlində nümayiş edilir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Almaniyanın paytaxtı Berlində ənənəvi "Beynəlxalq Yaşıl Həftə" sərgisi keçirilir. Sərgidə nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə 14 şirkət şərab və digər spirtli içkilər, müalicəvi bitki çayları, qənnadı məhsulları, qurudulmuş meyvələr və sair məhsullarını "Made in Azerbaijan" vahid ölkə stendi ilə təqdim edir. Xüsusi zövq və dizaynla hazırlanmış "Made in Azerbaijan" stendi sərgiyə gələnlər tərəfindən maraqla qarşılanır.

Sərgi yanvarın 27-dək davam edəcək.

Azvision.az



Teqlər: Berlin  





Xəbər lenti