Bakcell və Premium Bank arasında memorandum imzalanıb
Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers və “Premium Bank”ın Müşahidə Şurasının sədri Elçin Əhmədov tərəfindən imzalanan əməkdaşlıq memorandumu çərçivəsində tərəflər telekommunikasiya və bank sahəsində birgə məhsul və xidmətərin təqdim olunması imkanlarını müzakirə ediblər. Bakcell şirkəti hazırda müxtəlif sahələri təmsil edən 3500-dən artıq korporativ müştəriyə xidmət edir. Bakcell ölkə iqtisadiyyatının bir çox sektoru üzrə ən böyük korporativ telekommunikasiya xidmətlərinin təminatçısıdır. Şirkət Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq şirkətləri ən yüksək keyfiyyətli telekommunikasiya həlləri ilə təmin edir.
“Bakcell”in peşəkar komandası şirkətlərə, dövlət qurumlarına və digər təşkilatlara mobil telekommunikasiya sahəsində istənilən növ xidməti göstərməyə hazırdır. Bakcell özünün korporativ abunəçilərinə təhlükəsiz və etibarlı rabitə təqdim etməklə daha effektiv fəaliyyət göstərməkdə, müştəriləri ilə əməkdaşlıq və sıx ünsiyyət qurmaqda onlara dəstək göstərməklə ölkə iqtisadiyyatının və ümumi biznes sektorunun inkişafına töhfə verir.
Azvision.az