Azərbaycan neftinin son qiyməti

  25 Yanvar 2019    Oxunub : 677
Azərbaycan neftinin son qiyməti
Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,68 dollar artaraq 61,77 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,65 dollar bahalaşaraq 53,78 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,10 dollar artaraq 62,84 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft