“Venesuelada baş verənlər neftin qiymətinə təsir edəcək” - Ekspert
"Doğrudur, sözügedən ölkədə vəziyyətin gərginləşəcəyi və ABŞ sanksiyalarının güclənəcəyi halda neftin qiymətində qısa müddətli artım istisna olunmur. Hasilat həcminə görə ilk onluğa düşə bilməyən Venesuelanın gündəlik neft hasilatı 2 milyard 276 milyon bareldir. Bu, gündəlik qlobal neft təklifinin 2.2 faizi deməkdir. 300 milyard bareldən çox neft ehtiyatları ilə dünyada ən çox nefti olan Venesuela hasilat həcminə görə iki rəqəmli mövqedə olsa da, Quaydo dövrü başladığı halda Amerikan kapitalı ilə istehsalın artacağı gözləniləndir. İllik 3 milyon faiz infilyasiyaya malik olan Venesuelada yeni dövr başladığı halda hökumət “daha çox neft satıb daha çox gəlir əldə etməyə” çalışacaq. İndiki halda bu ölkəyə valyutanın daxil olmasının başqa yolu yoxdur. Bu isə o deməkdir ki, Vaşinqtona meyilli gəncin Venesuelada hakimiyyətə gəlməsi dünya neft bazarında təklifi kəskin artıra bilər. Bu halda OPEK-nin istənilən səyinə baxmayaraq, neftin bir barelinin dünya bazar qiymətinin hətta 50 dollardan aşağı düşəcəyi istisna olunmur. 2019-cu il öncədən proqnozlaşdırıldığı kimi, dünya iqtisadiyyatı və qlobal bazarlar üçün heç də asan olmayacaq. Bundan ən çox təsirlənən isə, təbii ki, neftin qiyməti olacaq", - deyə V.Bayramov qeyd edib.
Azvision.az
Teqlər: Venesuela Neft Vüqar-Bayramo