“9 bələdiyyə barədə məhkəmədə iddia qaldırılıb” - Nazir müavini

   “9 bələdiyyə barədə məhkəmədə iddia qaldırılıb” -    Nazir müavini
  25 Yanvar 2019    Oxunub:2979
“Azərbaycanda bələdiyyə aktlarının hüquqi ekspertizasına diqqət artırılıb. Ötən il bələdiyyə aktlarının 2200-dən çoxunun ləğv edilməsi və ya dəyişdirilməsi barədə təkliflər verilib. Bələdiyyələr bu təklifləri qəbul edib, aktlarda düzəlişlər ediblər”
Azvision.az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.

O qeyd edib ki, 9 bələdiyyə təklifləri icra etmədiyi üçün onlarla bağlı məhkəmədə iddia qaldırılıb: “Bu iddialardan 4-ü baxılaraq təmin edilib, 5 iş isə məhkəmələrin icraatındadır”.

V.Zahirovun sözlərinə görə, bələdiyyə qanunvericiliyinə əməl etməyən bələdiyyə sədrləri ilə bağlı inzibati tənbeh tədbirlərinin görülməsinə dair müəyyən dəyişiklik edilib.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Vilayət-Zahirov   Bələdiyyə   Ədliyyə-Nazirliyi  





Xəbər lenti