“Azeri Light”ı 63 dollardan baha satılır

  26 Yanvar 2019    Oxunub : 982
“Azeri Light”ı 63 dollardan baha satılır
Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,55 dollar artaraq 61,64 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,56 dollar bahalaşaraq 53,69 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,39 dollar artaraq 63,23 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft