“Nar” daha bir intellektual yarışa dəstək oldu

“Nar” daha bir intellektual yarışa dəstək oldu
  26 Yanvar 2019    Oxunub:2716
Korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində təhsilin təbliğinə xüsusi önəm verən “Nar” intellektual oyunlara dəstək olmaqda davam edir.
Mobil operator intellektual yarışlar sahəsində ixtisaslaşmış “Fibonacci Games” oyununun dördüncü mövsümünün Qala gecəsinin keçirilməsinə dəstək olub. Qeyd edək ki, oyunda dördüncü mövsümün ən güclü 16 komandası iştirak edib. Peşəkar insanlar tərəfindən hazırlanan suallar müxtəlif sahələrə aid olub. Qalib gələn komandalara “Nar” tərəfindən dəyərli hədiyyələr təqdim olunub.



Qeyd edək ki, “Fibonacci Games” layihəsi çərçivəsində 150-dən artıq mütəmadi və korporativ oyun keçirilib, bir sıra komanda quruculuğu (team building) və korporativ tədbirlər təşkil edilib. “Fibonacci Games” oyununun əsas iştirakçıları bank və sığorta, yüngül və ağır sənaye, kommersiya sahələrində və dövlət qulluğunda çalışan şəxslərdir.

“Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır. Bununla da elmə, təhsilə, biliyə olan marağı artırmağa səy göstərir və maariflənməni təşviq edir. Artıq bir neçə ildir ki, mobil operator “Breyn Rinq” intellektual yarışına baş sponsorluq edir.

“Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək mümkündür.

Azvision.az



Teqlər: Nar  





Xəbər lenti