Nazirliyin çağrı mərkəzinə 11074 şəxs müraciət edib

Nazirliyin çağrı mərkəzinə 11074 şəxs müraciət edib
  29 Yanvar 2019    Oxunub:1320
2018-cı ildə Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə 11074 müraciət daxil olub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az -a bildiriblər ki, müraciətlər əsasən nazir İnam Kərimovun respublikanın regionları üzrə ayrı-ayrı rayonlarda keçiriləcək qəbullarında iştirak etmək, kənd təsərrüfatı məhsullarının satışına kömək göstərilməsi, Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən təşkil edilən yarmarkada iştirak etmək və “Kənddən şəhərə” layihəsi ilə əməkdaşlıq etmək, arı ailələrinə görə subsidiyaların verilməsi, iribuynuzlu mal-qara arasında aparılmış süni mayalama nəticəsində doğulan hər buzova görə subsidiya ödənilməsi, güzəştli kreditlərin verilməsi, damazlıq heyvanların lizinqi, yeni texnikaların alınması, pambıq yığımının başa çatdırılması, daşınması və ödənişlərin verilməsi, gübrələrin güzəştli satışı, taxılçılıq təsərrüfatlarının kombaynlarla təmin olunması, AMAL layihəsi ilə əməkdaşlıq, Aqrar könüllülərə qoşulma və digər məsələlərlə bağlı olub.

Çağrı Mərkəzinə daxil olan müraciətlər qanunauyğun qaydada cavablandırılıb və hər bir müraciət üzrə müvafiq izahat işləri aparılıb. Həmçinin müraciətdə qaldırılan məsələlərin araşdırılması və qısa müddətdə həll olunmasını təmin etmək məqsədilə vətəndaşlar nazirliyin müvafiq struktur bölmələri və tabeli qurumları ilə əlaqələndirilib.

Nazirliyin fəaliyyətinə aid olmayan zənglər, sorğular isə müvafiq aidiyyəti orqanlara yönləndirilib.

Azvision.az


Teqlər: KTN  





Xəbər lenti