AQTA sədri: “Qiymətin yüksək olması fikri ilə razı deyiləm”
Agentlik rəhbəri bildirib ki, AQTA yaradılana qədər aqrokimyəvi preparatların ekspertizası 10 manata həyata keçirilirdi.
"Lakin bir pestisitin ekspertizası üçün toksikoloji analizlərin maya dəyəri 170 manata başa gəlir. Hazırda həmin məhsulların ekspertizası dövlət tərəfindən qazanc məqsədilə həyata keçirilmir. Bu ekspertizanın aparılması üçün miniumum reaktivlərin maya dəyəri hesablanır. Sahibkarlar üçün təklif edilən rəqəmlər maya dəyərindən çox aşağıdır ki, qalan xərcləri dövlət özü təmin edir. Sahibkarlarımız qonşu ölkələrdə həmin ekspertizaların qiymətinin qat-qat baha olduğunu nəzərə almalıdır. Pambıq tarlasında zəhərlənmə zamanı pambıq, su və aqrokimyəvi preparatların ekspertizası üçün dövlət 100 minlərlə vəsait sərf etdi".
Aytən Zəhra
Azvision.az
Teqlər: AQTA