Azərbaycanda neft və qaz hasilatı artıb

Azərbaycanda neft və qaz hasilatı artıb
  29 Yanvar 2019    Oxunub:3094
SOCAR il ərzində 160 min metrdən artıq qazma işi həyata keçirib.
Azvision.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, SOCAR-ın qaz hasilatı əvvəlki il ilə müqayisədə 7,2% artıb. Ölkə üzrə 38,8 milyon ton neft və 30,49 milyard kubmetr qaz hasil edilib.

2018-ci ildə SOCAR tərəfindən 23,88 milyon ton xam neft , 1,8 milyon neft emalı və neft-kimya məhsulları , 1,42 milyard. kubmetr qaz ixrac edilib. Ötən il şirkət reallaşdırdığı təbii qazın 89%-ə yaxın hissəsini Azərbaycanın daxili tələbatına yönləndirərək, ölkədaxili tələbatı tam təmin edib. 2018-ci il üzrə SOCAR-ın əsas effektivlik göstəriciləri üzrə artım davam edib. İl ərzində SOCAR tərəfindən, əməliyyat şirkətləri və birgə müəssisələr istisna olmaqla, 160 min metrdən artıq qazma işi həyata keçirilib ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 16,6% çoxdur.

2018-ci ildə SOCAR üzrə hasilat 7,54 milyon ton neft , 6,53 milyard kub metr qaz təşkil edərək, əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 1,6% və 7,2% nisbətində yüksəlib. Ümumiyyətlə, 2018-ci ildə respublika üzrə 38,81 milyon ton neft və 30,49 milyard kubmetr təbii qaz hasil olunub. Beləliklə illik neft hasilatı nisbətən sabit qalıb , qaz hasilatı isə 6,6% artıb. Ötən il SOCAR tərəfindən 23,88 milyon ton xam neft ixrac olunub. Eyni zamanda Azərbaycandan 1,8 milyon ton emal olunub, neft və neft-kimya məhsulu ixrac edilib.
SOCAR 11,2 milyard kubmetr həcmində təbii qazı Azərbaycanın daxili tələbatının təminatı məqsədi ilə istifadə edib. Beləliklə birbaşa SOCAR tərəfindən bazarlarda reallaşdırılan təbii qazın 89%-ə yaxın hissəsi məhz Azərbaycanın daxili tələbatına yönləndirilərək, daxili tələbat tam ödənilib, qalan 2 milyard kubmetrə yaxın qaz həcmi qaz anbarlarına vurulub, 1,42 milyard kubmetr təbii qaz isə birbaşa SOCAR tərəfindən Türkiyə və Gürcüstan bazarlarına ixrac edilib.

Ötən il respublika üzrə təbii qazın ümumi ixracı 9,44 mlrd. kubmetr təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 11% çoxdur. Bütün ixracatçılar tərəfindən Türkiyə bazarına ümumilikdə 7,23 milyard, Gürcüstan bazarına isə 2,21 milyard kubmetr təbii qaz ixrac olunub.

Azvision.az


Teqlər: SOCAR  





Xəbər lenti