6 əsrə yaxın tarixi olan Tuba Şah məscidi - FOTOREPORTAJ
30 Yanvar 2019
Oxunub:13178
Azərbaycanın tarixi memarlıq abidələrindən biri olan Tuba Şah məscidi Bakının Mərdəkan qəsəbəsində yerləşir. Abidə 1482-1483-cü illərdə inşa edilib. Məlumata görə, məscidin sifarişçisi Tuba Şah olub və bu səbəbdən abidə onun adını daşıyır.
Məscidin divarları yonulmuş sal daşlardan tikilib. Divarların qalınlığı 1 metr, məscidin yerdən günbəzədək hündürlüyü 8,5 metr, günbəzin diametri isə 4 metrdir. İbadət zalı 4 böyük tağdan təşkil olunub. Günbəz bu tağların üzərində dayanıb. Məscidin 4 tərəfində hücrələr yerləşir.
Tuba Şah məscidi tarixi adibə kimi dövlət tərəfindən qorunur.