Mərkəzi Bank uçot dərəcəsini azaldıb

  01 Fevral 2019    Oxunub : 1467
 Mərkəzi Bank uçot dərəcəsini azaldıb
2018-ci ildə Azərbaycanda orta illik inflyasiya 2,3 faiz təşkil edib.
Azvision.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, ötən il inflyasiya gözləniləndən daha yüksək templə azalıb və təkrəqəmli səviyyədə sabitləşib.

AMB sədri qeyd edib ki, 2018-ci ildə inflyasiya 6,8 faiz proqnozlaşdırılsa da, dövr ərzində manatın məzənnəsinin dayanıqlılığı, pul təklifinin optimal səviyyədə idarə olunması inflyasiyaya azaldıcı təsir edib.

E.Rüstəmov həmçinin əlavə edib ki, Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılaraq 9,75%-dən 9,25%-ə endirilməsi barədə qərar qəbul edib.

Azvision.az

Teqlər: MB   Uçot   Faiz